V belt senayedə ən geniş yayılmış remen növüdür.Profilindən asılı olaraq 9.5, 12.5, 10, 13, 17, 22, 32, 40 və s. kimi enində olub, istənilən uzunluqda olur.Müxtəlif senaye şəraitlərində hamar enerji ötürülməsini təmin edərək optimal performans və davamlılığı təmin etmək üçün nəzərdə tutulmuşdur.
Yivli qayışlar PK PJ PL olaraq dişlərin qalınlığı və hündürlüyünə görə dəyişir.Əsasən biz bu qayışlara avtomobillərdə rast gəlsək də senayedə də tətbiqi geniş yayılmışdır.Bu qayışlar düz qayışların yüksək elastikliyini və V qayışlarının yüksək performansını özündə birləşdirir.
Zaman qayışları sistemi sinxron şəkildə idarə etmək üçün kaşnağın yivləri ilə birləşən dişlərdən istifadə edir.Bu qayışlar yüksək ötürücülük qabiliyyətinə malikdir və dartınma zamanı boşluğu sıfıra endirir.Bu qayışlar dişlərin ölçüsünə görə 3 yerə ayrılır:1 Standart zaman qayışları 2 (HTD) Yüksək fırlanma anı üçün nəzərdə tutulmuş zaman qayışları 3(STD) Super ötürücü zaman qayışları
Bantli qayışlar 2 və daha çox V kəmərin birləşməsindən əmələ gəlir.Bu qayışlar əsasən dağ mədən senayesində meşə təsərrüfatı ağac doğrayan maşınlar üçün və s. kimi ağır texnikalarda istifadə olunur.Birləşik qayışlar yüklərin bərabər şəkildə paylanması səbəbindən daha etibarlı və səmərəli hesab olunur.